Press "Enter" to skip to content

İyunun 24-də hava belə olacaq

Son yeniləmə: 23 İyun 2022 18:00

Bayraqdar.info – Ölkə üzrə iyunun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək: “Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz təşkil edəcək”.

Qeyd edilib ki, Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək: “Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq”.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı bildirilir.

Mission News Theme by Compete Themes.