Press "Enter" to skip to content

Özbəkistan Prezidentindən İlham Əliyevin səfərilə bağlı paylaşım – VİDEO

Azərbaycan Prezidenti və Özbəkistan Prezidenti

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyevin 21-22 iyun tarixlərində qardaş Özbəkistana gerçəkləşdirdiyi dövlət səfəri başa çatsa da onunla bağlı könül açan xəbərlər, şərhlər, paylaşımlar hələ də davam edir. Belə paylaşımlardan birini də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev edib.

Qardaş ölkə Prezidenti Mətbuat xidməti İ.Əliyevin səfəri və keçirilən görüşlərlə bağlı iyunun 23-də qısa, lakin məzmunca zəngin video hazırlayıb.

Prezident Ş.Mirziyoyev videonu “Özbəkistan-Azərbaycan: mənəvi dəyərləri, adətləri, mədəniyyəti və dili ortaq qardaş xalqlarımız iş birliyinin yeni səhifəsini açmaqda” qeydi ilə paylaşıb.

Videonun oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq biz də təqdim edirik. Yeri gəlmişkən, video sosial mediada geniş marağa səbəb olub və çox geniş yayılıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.