Press "Enter" to skip to content

Türk dövlətlərarası münasibətləri dünya üçün örnək olmalıdır

Qəbuldan görüntü

Son yeniləmə: 24 İyun 2022 17:57

Bayraqdar.info – İyunun 24-də Qırğızıstan Prezidenti Sadır Caparov türk dövlətləri parlament rəhbərlərini qəbul edib.

Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin administrasiyasından veriblər.

Xəbərdə deyilir ki, qəbul İssık-Köl vilayətinin Çolpon-Ata şəhərində keçirilib.

Xəbər verdiyimiz kimi, burada türk dövlətləri parlament rəhbərləri TürkPA-nın XI toplantısı üçün bir araya gəliblər.

Qırğızıstan Prezidenti qəbul zamanı deyib ki, “türk məkanındakı yeni münasibətlər yeni dövrün dövlətlərarası münasibətləri baxımından örnək olmalıdır”.

Dövlət başçısı əlavə edib ki, 2008-cil ildə qurulmuş TürkPA öz fəaliyyəti dövründə parlamentlərarası iş birliyi üçün vacib platforma rolunu oynayıb. Onun sözlərinə görə, məhz bu qurumda vacib müzakirələr, informasiya və təcrübə mübadiləsi aparılır.

Qəbulda Qırğızıstan Cogorku Keneşinin başqanı Talant Mamıtov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və TürkPA-nın toplantısına müşahidəçi qismində qatılmış Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Macarıstan parlamenti sədrinin müavini Şandor Lejak və Türkmənistan Xalq Məsləhəti Milli Geneşi sədrinin müavini Qasımqulı Babayev iştirak edib.

Mission News Theme by Compete Themes.