Press "Enter" to skip to content

Təcili: Rusiya Kiyevdəki Azərbaycan səfirliyini hədəfə aldı – VİDEO

Rusiyanın bombaladığı Kiyev

Bayraqdar.info – Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda baş verənlər getdikcə dünyanı daha çox narahat etməkdədir. Çoxsaylı Azərbaycan diasporunun da yaşadığı dost Ukraynanın başına gətirilənlər, o cümlədən Azərbaycan ictimaiyyətini də ciddi narahat edir. O baxımdan Rusiyanın təcavüzü və Ukrayna xalqının qəhrəmanlıqları çox yaxından izlənilməkdədir.

Çox təəssüflə qeyd etmək istərdik ki, iyunun 26-da, Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü bayram etməkdəykən təcavüzkar Rusiya Ukraynanın paytaxtı Kiyevdəki Azərbaycan səfirliyini hədəfə alıb.

Kiyevdəki mənbələrin verdiyi xəbərə görə, iyunun 26-da Rusiya işğalçıları heç bir səbəb olmadan Kiyevə 14 raket atıb. O raketlərdən 10-u Ukrayna müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilsə də 4-ü şəhərin heç bir hərbi obyekt olmayan istiqamətinə tuş gələrək dağıntılara və insanların zərər çəkməsinə səbəb olub (məlumatlar dəqiqləşdirilir).

Mənbəmizin verdiyi xəbərə görə, Kiyevdə partlayın 4 raketdən 3-ü Azərbaycan səfirliyinin ətrafına tuş gəlib. Qeyd olunur ki, “hədəfə” tuş gələn raketlərin məhz Azərbaycan səfirliyinin bir neçə metrliyində partlaması təsadüf ola bilməz.

Ümid etmək istərdik ki, Rusiya bununla bağlı ağlabatan bir açıqlama verəcək. Ən azından Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri və səfər çərçivəsində iki ölkə arasında informasiya təhlükəsizliyi ilə bağlı Sazişin imzalanması fonunda bu raketlərin Azərbaycan səfirliyini hədəf alması sual doğurmaya bilməz…

Mission News Theme by Compete Themes.