Press "Enter" to skip to content

Ərdəbildən “Azadlıq, ədalət, milli hökumət” tələbləri

Ərdəbil divarları

Son yeniləmə: 28 İyun 2022 14:18

Bayraqdar.info – Ərdəbildə “Azadlıq, ədalət, milli hökumət” şüarı altında siyasi məhbuslara dəstək aksiyası keçirilib.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Xəbərdə deyilir ki, Ərdəbildə milli fəallar siyasi məhbuslara dəstək nümayiş etdirib. Bu haqda milli-mədəni fəallar məlumat verib.

Məlumata görə, şəhərin küçə və meydanlarında divarlara son vaxtların ən çox sevilən və səsləndirilən şüarı və Abbas Lisaninin qrafitisi həkk olunub.

Şəhərin mərkəzi və digər bölgələrinin divarlarında “Azadlıq, ədalət, milli hökumət” şüarı yazılaraq ərdəbillilərin diqqəti cəlb edilib.

Mission News Theme by Compete Themes.