Press "Enter" to skip to content

149-cu mövsümə “Zəfər yolu” ilə yekun vurulub

Tamaşadan səhnə

Son yeniləmə: 28 İyun 2022 19:19

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 149-cu teatr mövsümünü başa vurub.

Bu barədə bayraqdar.info-ya iyunun 28-də Teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənət ocağı 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası ilə mövsümü yekunlaşdırıb: “Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamları Azər Paşa Nemətov, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır”.

Qeyd edilib ki, səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış ediblər.

Mission News Theme by Compete Themes.