Press "Enter" to skip to content

Məşhur boksçu Baş İdarənin qonağı olub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində keçirilən görüş zamanı

Son yeniləmə: 28 İyun 2022 17:14

Bayraqdar.info – Fransada yaşayan Azərbaycan əsilli boksçu Murad Əliyev Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin qonağı olub.

Bayraqdar.info xəbər verir ki, İdarənin rəisi Raqif Abbasov II Avropa Oyunlarının gümüş mükafatçısı, Tokio Olimpiadasının iştirakçısı olmuş, hazırda peşəkar boksla məşğul olan idmançı Murad Əliyevi qarşılayıb. Onunla dəyirmi masa ətrafında müzakirələr aparıb.

Məlumata əsasən M.Əliyev söhbət zamanı Fransada yaşasa da, hər zaman azərbaycanlı olduğu üçün qürur duyduğunu vurğulayıb.

Raqif Abbasov isə söhbət zamanı vətəndən kənarda belə gənclərimizin olmasının bizim üçün önəmli və vacibliyini vurğulayaraq ona öz tövsiyələrini verib.

Qeyd edib ki, bugünkü gəncliyimiz sağlam düşüncəli, iradəli və daha genişmiqyaslı düşünür. Onlar nəinki ölkə miqyasında və eyni zamanda, ölkədən kənarda da böyük nailiyyətlər əldə edirlər. Gənclərimizin əldə etdikləri nailiyyətlər isə bizim fəxrimizdir.

Sonda R.Abbasov Azərbaycanın şanlı və zəfər tarixini əks etdirən kitab hədiyyə edərək gənc boksçuya uğurlar arzu edib.

Mission News Theme by Compete Themes.