Press "Enter" to skip to content

İdman növləri üzrə açıq turnirlər

Turnir zamanı

Son yeniləmə: 29 İyun 2022 14:57

Bayraqdar.info – Şagirdlər arasında “Sağlam böyümək istəyirəm” devizi ilə sadə idman növləri üzrə açıq turnirlərə başlanılıb.

Bu barədə bayraqdar.info-ya iyunun 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli “Ekologiya” liseyində dayaqlı vəziyyətdən qolların bükülüb-açılması, iplə tullanma, turnikdə dartınma, halqa fırlatma, 50 metr qaçış üzrə şagirdlər arasında turnir keçirilib: “Turnirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 291 nömrəli “Ekologiya” liseyinin direktoru Arif Əsədov, müəllimlər və idmana həvəsi olan şagirdlər iştirak ediblər”.

Sonda turnir iştirakçıları sertifikatlarla, hər növ üzrə I yeri tutan qaliblər isə diplomlarla təltif olunublar.

Mission News Theme by Compete Themes.