Press "Enter" to skip to content

Təbrizli millət vəkili fars-molla rejimini tənqid etdi

Məsud Pezeşkiyan

Son yeniləmə: 29 İyun 2022 14:54

Bayraqdar.info – Dəfələrlə xəbər verdiyimiz kimi, fars-molla rejiminin idarə etdiyi mövhumatçı İran dövləti bir sıra xarici ölkələrin, o cümlədən də Azərbaycanın daxili işlərinə kobud müdaxiləyə cəhd edir. Bu isə istər-istəməz Azərbaycanda və ona qardaş olan türk dövlətlərində narahatlıq yaradır.

Fars-molla rejiminin müşavirindən Azərbaycana qarşı sərsəm iddia

İndi isə bəlli olub ki, İranın daxilində də belə müdaxilələrin yolverilməzliyi fikri ən yüksək tribunalardan dilə gətirilir.

“Azad İran” Telegram kanalının Anadolu Ajansına istinadla verdiyi xəbərə görə, İran İslam Şurası Məclisinin Təbrizdən seçilmiş deputatı Məsud Pezeşkiyan ölkənin xarici siyasətini kəskin tənqid edib. O, heç bir ölkənin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, vəziyyət elə bir yerə çatıb ki, hər hansı bir hadisə baş verdiyi zaman digər ölkələr İranın onların daxili işlərinə müdaxiləsini hiss edirlər.

“Hamı ilə dava-dalaşdayıq. Heç bir ölkəyə müdaxilə etməməliyik. Lakin istər-istəməz elə hadisələr baş verir ki, digər ölkələr bizim müdaxilə etdiyimizi hiss edirlər və bu, qonşu ölkələrin bizə olan düşüncələridir”, – deyə təblizli millət vəkili vurğulayıb.

M.Pezeşkiyanın fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və sonra onları həll etmək daha da çətinləşir. Buna görə də ölkə inkişaf edə bilmir.

Mission News Theme by Compete Themes.