Press "Enter" to skip to content

Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu

Son yeniləmə: 30 İyun 2022 10:38

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” forumu keçiriləcək.

Bu barədə bayraqdar.info-ya iyunun 30-da Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, Forum iyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək: “Forumda ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və 5 ixtisas qrupuna daxil olan əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar paylaşılacaq”.

Məlumata əsasən Forumda abituriyentlərlə yanaşı, 9-11-ci sinif şagirdləri və onların valideynləri iştirak edə bilərlər: “Forumun karyera planlaması və ixtisas qrupları üzrə mütəxəssislərinçıxışlarındanibarət panellərində müzakirələr aparılacaq. Eyni zamanda, forum iştirakçıları Dövlət İqtisad Universitetinin inzibati binası ilə tanışlıq və tədris üsulları haqqında ümumi məlumatlandırma fürsəti əldə edəcəklər”.

Qeyd edilib ki, Forumun keçirilməsində əsas məqsəd iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentləri düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir: “Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların electron poçt ünvanlarına dəvət məktubu göndəriləcək”

Arzu ednələr iyulun 5-dək bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Mission News Theme by Compete Themes.