Press "Enter" to skip to content

“Qarabağ”a qardaş təbriki

"Qarabağ" komandası

Son yeniləmə: 28 İyul 2022 09:04

Bayraqdar.info – Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Bu barədə Twitter hesabında paylaşım edən səfir “Qarabağ futbol klubunu təbrik edir, uğurlar arzulayırıq”, – deyə qeyd edib.

Məluamt üçün bildirək ki, “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” komandasını mübarizədən kənarlaşdırıb. Belə ki, Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə rəqibi ilə heç-heçə edib (2:2) və mərhələ adlayıb.

“Qarabağ”ın üçüncü təsnifat mərhələsindəki rəqibi Slovakiya çempionu “Slovan”ı (Bratislava) mübarizədən kənarlaşdıran Macarıstanın “Ferentsvaroş” klubu olub.

Mission News Theme by Compete Themes.