Press "Enter" to skip to content

Ermənilərdən dövlət sərhədində və Qarabağda təxribat

Müdafiə Nazirliyi

Bayraqdar.info – İyulun 30-u axşam saatlarından başlayaraq 31-inə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Xəbəri bayraqdar.info-ya iyulun 31-də Müdafiə Nazirliyindən veriblər.

“Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.