Press "Enter" to skip to content

Nazir Türkiyənin Milli Müdafiə Universitetini ziyarət edib

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Müdafiə Nazirliyindən Bayraqdar Media-ya verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və digər dövlətlərin nümayəndələri ilə birgə universitetin “Şərəf kitabı”nı imzalayıb.

Sonra qonaqlara Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramı təqdim edilib.

Mission News Theme by Compete Themes.