Press "Enter" to skip to content

“ASAN Viza”dan daha bir yenilik

Diplomatik korpus nümayəndələrini Türkiyənin Ankara şəhərindən daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib

Son yeniləmə: 1 Sentyabr 2022 16:53

Bu sistem vasitəsilə Füzuli hava limanında ilk dəfə elektron viza rəsmiləşdirilib

BAYRAQDAR MEDİA – Avqustun 26-da diplomatik korpus nümayəndələrini Türkiyənin Ankara şəhərindən daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib. Türkiyə, Rusiyada, İranda və Azərbaycanda fəaliyyət göstərən diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri Füzuli hava limanı ilə tanış olublar.

Diplomatik korpus nümayəndələri Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edib. Konfransa 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə qatılıb.

Füzuli hava limanında Viza xidməti
Füzuli hava limanında Viza xidməti

Bu barədə sentyabrın 1-də ASAN xidmətdən BAYRAQDAR MEDİA-ya məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara “ASAN Viza” sistemi vasitəsilə Füzuli hava limanında ilk dəfə elektron viza rəsmiləşdirilib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı dövrdən “ASAN Viza” sistemi vasitəsilə 902 mini hava limanında rəsmiləşdirilən viza olmaqla, ümumi 2 milyon 394 min elektron viza verilmişdir”.

Qeyd edilib ki, “ASAN Viza” bu elektron viza portalı vasitəsilə və Azərbaycanda yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.