Press "Enter" to skip to content

Avqustda 44 minə yaxın müraciət

Son yeniləmə: 1 Sentyabr 2022 16:31

BAYRAQDAR MEDİA – Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 43 764 müraciət daxil olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 1-də BŞTİ-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub: “Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 33 min 906 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4 min 705 vətəndaş müraciət edib”.

Məlumata əsasən avqust ayında BŞTİ-yə 3 min 256 sənəd (vətəndaşlar tərəfindən 1 min 964 ərizə, Təhsil Nazirliyindən 411, digər qurumlardan 136, məktəblərdən 381 məktub və 364 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb: “Həmçinin 1 min 897 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və məktəbəhazırlıq qruplarına qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib”.

Mission News Theme by Compete Themes.