Press "Enter" to skip to content

Azərbaycanlı hərbi qulluqçulara diplomlar təqdim edilib

Miçman İxtisaslaşma Məktəbini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib

BAYRAQDAR MEDİA – Türkiyənin Yalova vilayətində Milli Müdafiə Universitetinin Miçman İxtisaslaşdırma Məktəbinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının komandanı vitse-admiral Kadir Yıldız, Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı kontr-admiral Ahmet Kendir, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında əhəmiyyətli rolu olan Miçman İxtisaslaşma Məktəbini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib: “Mərasimdə iştirak edən Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri miçman rütbələrini almış hərbi qulluqçularımızı təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Mission News Theme by Compete Themes.