Press "Enter" to skip to content

DOST mərkəzləri ilə bağlı daha bir xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – DOST mərkəzlərində vətəndaşlara xidmətlərin çevikliyinin təmin edilməsi həmin xidmətlərdən vətəndaş məmnunluğuna nail olunması üçün aparılan işlərin əsas hədəflərindən biridir.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ildə bu istiqamətdə növbəti irəliləyiş qeydə alınıb: “DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu ildə 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə, 2021-ci ildə 8 dəqiqə 31 saniyə olduğu halda, bu il 7 dəqiqə 31 saniyə təşkil edib. 2019-cu ilin may ayından 5 DOST mərkəzi açılıb. Sosial sahələrə aid 154 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunduğu bu mərkəzlərdə ötən dövrdə 1 milyon 50 mindən çox vətəndaşa xidmət göstərilib”.

Mission News Theme by Compete Themes.