Press "Enter" to skip to content

Qətərdə görüşlər davam edir

Günay Əfəndiyeva və Qazaxıstanın Qətərdəki səfiri Arman İsaqaliyev

Görüşlərdə türk dünyasının zəngin irsinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib

BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya rəsmi səfəri çərçivəsində daha bir neçə görüş keçirib.

Fonddan BAYRAQDAR MEDİA-ya verilən məlumaat görə, G.Əfəndiyeva səfər çərçivəsində Qazaxıstanın Qətərdəki səfiri Arman İsaqaliyev və Qırğızıstanın bu ölkədəki səfiri Çingiz Haşımbekov ilə görüşüb.

Görüşlərdə G.Əfəndiyeva təşkilatın yarandığı gündən etibarən müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirərək, onlar arasında güclü mədəni körpü yaratmağa çalışdığını vurğulayıb: “O, təşkilatın qurucu üzv dövlətləri olan Qazaxıstanın və Qırğızıstanın, o cümlədən bütün türk dünyasının zəngin irsinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Fondun prezidenti təşkilatın digər xarici dövlətlərlə əməkdaşlıq əlaqələrini günü-gündən daha da genişləndirdiyini qeyd edib”.

Günay Əfəndiyeva və Qırğızıstanın Qətərdəki səfiri Çingiz Haşımbekov
Günay Əfəndiyeva və Qırğızıstanın Qətərdəki səfiri Çingiz Haşımbekov

Görüşlərdə türk və ərəb dünyasının mədəniyyətləri arasında qarşılıqlı dioloqun inkişaf etdirilməsinin əhəmiyyətindən, eləcə də bu istiqamətdə birgə addımların atılmasından bəhs edilib: “A.İsaqaliyev Fondun qazax ədəbiyyatının görkəmli nümayəndələri Abay Kunanbayev və Jambul Jabayev irsinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı gördüyü işlərin əhəmiyyətindən bəhs edərək, təşkilatın fəaliyyətini önəmli töhfə kimi qiymətləndirib. Ç.Heşimbekov isə məşhur qırğız yazıçı Çingiz Aytmatov yaradıcılığının geniş auditoriyalara çatdırılması, eləcə də qədim “Manas” eposunun təqdiqi yönündə təşkilatın gerçəkləşdirdiyi layihələrin vacibliyini vurğulayıb”.

Görüşlər türk və ərəb mədəniyyətlərinin yaxınlaşdırılması mövzusunda fikir mübadiləsi ilə davam edib.

Mission News Theme by Compete Themes.