Press "Enter" to skip to content

Həm külək əsəcək, həm də isti olacaq

BAYRAQDAR MEDİA – Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, havanın temperaturu gecə 21-25°, gündüz 34-39° isti olacaq: “Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 faiz, gündüz 25-30 faiz olacaq”.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq: “Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq”.

Mission News Theme by Compete Themes.