Press "Enter" to skip to content

Batı Trakya türklərinə müraciət

Son yeniləmə: 8 Sentyabr 2022 18:10

BAYRAQDAR MEDİA – “Batı Trakya türk toplumunu 9 sentyabr cümə günü İskeçedəki məscidlərdə müfti seçkilərində iştirak etməyə çağırırıq”.

Bu çağırışla Avropa Batı Trakya Türk Federasiyası (ABTTF) çıxış edib.

Məlumata əsasən, Batı Trakya türk cəmiyyəti İskeçe müftisi Ahmet Metenin vəfatından sonra sentyabrəın 9-də İskeçedə yeni müfti seçəcək: “Seçkilərdə namizədlər İskeçe Müftiliyinin Təhsil Şöbəsinin rəhbəri Mustafa Trampa və İskeçe Müftiliyinin Kadrlar üzrə Müdiri Mustafa Kamu mübarizə aparacaq”.

Məlumatda o da qeyd edilir ki, Batı Trakya türk icmasının dini muxtariyyəti 1913-cü il Afina müqaviləsi ilə müəyyən edilmiş və 1923-cü il Lozanna müqaviləsi ilə təmin edilmişdir: “Lakin Yunanıstan 1990-cı ildən bəri türk icmasının öz dini liderlərini, müftilərini seçmək hüququnu pozur”.

 

Mission News Theme by Compete Themes.