Press "Enter" to skip to content

DOST İş Mərkəzindən maraqlı layihə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 8 Sentyabr 2022 15:11

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi bu sahədə “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC ilə birgə layihəyə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 8-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, layihə 200 nəfər işsiz şəxsin AzTV-də işlə təmin edilməsini nəzərdə tutur: “İşə cəlb olunanların hər biri ilə əmək müqaviləsi imzalanacaq. Onlara aylıq əmək haqqı DOST İş Mərkəzi tərəfindən ödəniləcək. İşə götürüləcək şəxslər operator asissentinin köməkçisi, montaj asissentinin köməkçisi, arxiv işləri üzrə köməkçi, kargüzar və s. kimi peşələrdə çalışacaqlar. Bununla da aylıq əməkhaqqı almaqla yanaşı, televiziya fəaliyyəti sahələri üzrə ilkin bilik və bacarıqlar da qazanacaqlar”.

Qeyd edilib ki, ümumilikdə DOST İş Mərkəzi rayon (şəhər) icra hakimiyyətləri ilə yanaşı, 20-yə yaxın qurumla əməkdaşlıq həyata keçirir: “Bu da ictimai işlər proqramının fəaliyyət sahələrini xeyli genişləndirib. Nəticədə proqrama cəlb olunan və ilkin peşə hazırlığı olmayan şəxslər işlə təmin olunaraq, aylıq əməkhaqqı almaqla bərabər, müxtəlif peşə sahələri üzrə bacarıqlara yiyələnmək, həmin bacarıqlar hesabına gələcəkdə sərbəst şəkildə öz məşğulluqlarını təmin edə bilmək imkanı da əldə edirlər”.

Mission News Theme by Compete Themes.