Press "Enter" to skip to content

Elmi – analitik mərkəzlərin yaradılması olduqca vacibdir

“Elmi –analitik mərkəzlərin yaradılması perspektivləri və vətəndaş cəmiyyətinin imkanları” mövzusunda dəyirmi masa keçirilib

Son yeniləmə: 8 Sentyabr 2022 18:34

BAYRAQDAR MEDİA – Sentyabrın 8-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində “Elmi –analitik mərkəzlərin yaradılması perspektivləri və vətəndaş cəmiyyətinin imkanları” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentliyin mətbuat xidmətindən məlumat veirlib.

Bildirilib ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov, iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov, Agentliyinin departament müdiri Elnur Bağırlı, Agentliyin əməkdaşları, elm və təhsil yönümlüqeyri-hökumət təşkilatları iştirak ediblər.

Tədbirə açılış nitqi ilə başlayan İ.Orucov bildirib ki, Azərbaycanda sabitliyin qorunması, arzuolunan tərəqqinin təmin olunması üçün müasir elmin köməyi ilə tövsiyələr hazırlamaq, yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirmək məqsədi ilə elmi – analitik mərkəzlərin yaradılması olduqca vacib məsələdir: “Yaradılacaq yeni beyin mərkəzi xarici ölkələrdə müxtəlif təbəqələrlə, xüsusilə elmi, mədəni mühitlə daha sıx əlaqələr yaradılmasına, Azərbaycanın geniş şəkildə təbliğ edilməsinə böyük diqqət yetirəcəkdir. O cümlədən, bu cür mərkəzlərin təkmilləşdirilməsi, eyni zamanda müasir üslubda olması üçün qeyri-hökumət təşkilatlarının dəstəyi, təklifləri əhəmiyyətli və vacibdir”.

Daha sonra İ.İsgəndərov və V.Bayramov çıxış ediblər: “Natiqlər bildiriblər ki, yaradılması nəzərdə tutulan mərkəzin qarşısına qoyduğu əsas vəzifə Azərbaycanı onun tarixinə, mədəniyyətinə, iqtisadi potensialına uyğun səviyyədə bütün dünyaya daha yaxından tanıtmaq və qabaqcıl xarici ölkələrin təcrübəsindən mədəni, elmi və texniki naliyyətlərindən Azərbaycanın tərəqqisində geniş şəkildə istifadə edilməsi üçün fəaliyyət göstərmək, ölkənin ahəngdar inkişafına kömək etmək, bu sahədə ən müasir tələblərə cavab verən elmi təminat bazasını yaratmaqdır”.

Tədbirdə həmçinin qeyri-hökumət təşkilatlarının sədrləri – Yadigar Məmmədli, Aydın Əbilov, İbrahim Əliyev, Tahir Əmiraslanov, Telman Qasımov, Rəşad Əliyev, Səbuhi Abdullayev, Təhmasib Novruzov, İlham Məmmədov, Kamil Həmidov, Azər Ələkbərov, Samir Adıgözəlli çıxış edərək, bidiriblər ki, dövlət siyasətinin formalaşmasında beyin mərkəzləri önəmli rol oynayır. Bu təcrübə artıq dünya ölkələrində çox məşhurdur, hətta Qərb dövlətləri öz siyasətlərini əsasən beyin mərkəzlərinin araşdırmaları əsasında qurur.

Tədbir qarşılıqlı diskussiya şəkilində davam edib və təşkilatlar yaradılması nəzərdə tutulan elmi –analitik mərkəzlərin fəaliyyət istiqamətləri ilə bağlı təkliflər irəli sürüblər.

Mission News Theme by Compete Themes.