Press "Enter" to skip to content

Məlumatlar müəllimlərin şəxsi kabinetinə göndəriləcək

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 8 Sentyabr 2022 17:54

BAYRAQDAR MEDİA – Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr 12, 13, 14, 16, 17 və 19 sentyabr tarixlərində onlayn formatda təşkil olunacaq: “Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək”.

Qeyd edilib ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Mission News Theme by Compete Themes.