Press "Enter" to skip to content

Milli qəhrəmanlar haqqında videoçarx

Son yeniləmə: 8 Sentyabr 2022 16:06

BAYRAQDAR MEDİABakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları “Milli Qəhrəmanları unutmuruq” layihəsini uğurla davam etdirir.

Baş İdarədən bildirilib ki, layihə çərçivəsində kitabxananın informasiya resurs şöbəsi “Sentyabr ayında anadan olan Azərbaycanın Milli Qəhrəmanları” adlı videoçarx hazırlayıb.

Videoçarxda sentyabrda yubileyi olan Azərbaycanın Milli Qəhrəmanları Məhərrəm Seyidov və Sergey Senyuşkin barədə məlumat verilib: “Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli qəhrəmanlarının həyatı və onların qəhrəmanlığı bütün xalqımız üçün, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir”.

Mission News Theme by Compete Themes.