Press "Enter" to skip to content

Mustafa Krımoğludan çağırış

Eskişehir Krım Dərnəyində görüş

Son yeniləmə: 9 Sentyabr 2022 09:45

BAYRAQDAR MEDİA – Krım tatarlarının milli lideri, Ukraynanın millət vəkili Mustafa Əbdülcəmil Krımoğlu və Ukrayna xarici işlər nazirinin müavini, Krım tatar diasporunun nümayəndəsi Əminə Cepparın Türkiyəyə səfər etdikləri barədə məlumat vermişdik.

Mustafa Krımoğlu və Əminə Ceppar Türkiyədə

Qeyd edək ki, onlar bu səfər çərçivəsində Eskişehirdə də olub, Eskişehir Krım Dərnəyində görüş keçiriblər.
Bununla bağlı məlumatda qeyd olunur ki, qonaqları Eskişehir Krım Dərnəyi başqanı Ercan Bozkurt və rəhbər heyət qarşılayıb. Görüşdə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin üzvü, CHP Eskişəhər millət vəkili Utku Çakırözer də iştirak edib.

M.Krımoğlu oradakı çıxışında Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə son qoymaq üçün aparılan danışıqlarda Rusiya tərəfinin qəbuledilməz tələblər irəli sürdüyünü bildirib. O, daha sonra deyib: “Krımı xilas edə bilməsək, gələcəyimiz yox olacaq”

E.Bozkurt dərnəyin Eskişehirdəki fəaliyyətinə toxunaraq, rəsmi dövlət orqanlarına dəstəklərinə görə təşəkkürünü bildirib. O, M.Krımoğluya hədiyyə təqdim edib.

E.Ceppar isə Krım Platforması çərçivəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb. O, vurğulayıb ki, Ukraynanın Rusiya işğalına qarşı mübarizəsinə silah dəstəyi olarsa, Ukrayna qələbə qazana bilər.

Mission News Theme by Compete Themes.