Press "Enter" to skip to content

DOST Agentliyində görüş

Görüş zamanı

Son yeniləmə: 10 Sentyabr 2022 11:46

BAYRAQDAR MEDİA – DOST Agentliyi tərəfindən göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bunu Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura üzvləri ilə görüşdə bildirib.

Nazirlikdən sentyabrın 10-da BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, o, aparılan işlərin xidmətlərin vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunmasına yönəldiyini diqqətə çatdırıb.

Bildirilib ki, indiyədək DOST Mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz olub.

İctimai şuranın sədri Elşad Məmmədov şuranın fəaliyyəti barədə məlumat verib, belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Sonda İctimai şura üzvləri ilə birgə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.