Press "Enter" to skip to content

17 minə yaxın şəxsə 9,2 milyon manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 12 Sentyabr 2022 17:09

BAYRAQDAR MEDİA – 2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövr üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir: “Bu tədbir cari ildə 16,7 min şəxsi əhatə edib. Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 9,2 mln. manat ödənilib”.

Mission News Theme by Compete Themes.