Press "Enter" to skip to content

Ermənistanın cinayətkar əməllərini qətiyyətlə pisləyirik

TADEF rəhbərliyi

TADEF: Lazım gələrsə istər ön, istərsə də arxa cəbhədə Vətənimizin müdafiəsinə qalxmağa hazırıq

BAYRAQDAR MEDİA – “Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törədib. Biz, Türkiyədə yaşayan və uzun illər Anadolunu öz yurdlarına çevirmiş 5 milyona yaxın Azərbaycan əsilli Azərbaycan türk diasporunun yerli mənsubları kimi bunu qətiyyətlə pisləyirik”.

Bu fikirlər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Ermənistanın son təxribatları ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Qurumdan BAYRAQDAR MEDİA-ya sentyabrın 13-də verilən məlumata görə, TADEF rəhbərliyinin və bu quruma bağlı federasiyaların adından yayılan bəyanatda Ermənistanın azərbaycan türklərinə qarşı uzun illər soyqırımları törətdiyi bildirilib: “Qatil Ermənistan və onun havadarları bilməlidirlər ki, insanlıq zaman-zaman bizim şanlı zəfərlərimizə şahidlik etmişdir”.

Bəyanatda belə tarixi zəfərlərdən birinin də 2020-ci ildə 44 günlük müharibə zamanı qazanıldığı qeyd olunub: “Yaşadığımız əsrdə Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin öz vətəndaşları və coğrafiyası ilə türk dünyasının parlayan ulduzudur. Bildirmək istəyirik ki, qardaş Türkiyədə yaşayan bütün azərbaycanlılar lazım gələrsə istər ön, istərsə də arxa cəbhədə Vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Bu məsələdə səmimiyyətimiz əbədidir. Qəlbimiz və duamiz Azərbaycan xalqı və Azərbaycan Silahlı Qüvvələri ilədir”.

Mission News Theme by Compete Themes.