Press "Enter" to skip to content

Eskişehirdəki soydaşlardan Ermənistanın təxribatına reaksiya

Cavid Aydın

Cavid Aydın: Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq hər zaman cənab Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan əsgərlərinin yanında olduğumuzu bir daha bəyan edirik

BAYRAQDAR MEDİA – “Sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı hərbi təxribat bütün dünya azərbaycanlıları kimi bizləri də hiddətləndirib. Qardaş Türkiyənin bütün şəhərlərində yaşayan azərbaycanlılar kimi Eskişehirdə yaşayan soydaşlarımız da Ermənistanın bu əməllərini qəti şəkildə qınayır və buna rəvac verən beynəlxalq birliyi heç olmasa bundan sonra hadisələrə ikili standartlardan yanaşmamağa çağırırıq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

O, qeyd edib ki, regionda baş verən iğtişaşların və münaqişələrin yeganə məsuliyyəti Qafqazın bəlası olan Ermənistanın üzərinə düşür: “Biz Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq hər zaman möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan əsgərlərinin yanında olduğumuzu bir daha bəyan edirik. Hər kəs bilsin ki, biz Eskişehirdəki azərbaycanlılar lazım gələrsə şanlı Azərbaycan Ordusunun sıradan bir nəfəri kimi Vətənimizi müdafiə etməyə hazırıq. Son olaraq düşmən ölkənin sentyabrın 12-də törətdiyi hərbi təxribatı zamanı şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyir, bütün türk millətinə başsağlığı veririk. Allah şanlı Azərbaycan Ordusunun əsgərlərini qorusun!”.

Mission News Theme by Compete Themes.