Press "Enter" to skip to content

8 ayda DSMF-nin xərcləri

Son yeniləmə: 15 Sentyabr 2022 14:24

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7,6 faiz və ya 267 mln. manat çox olmaqla 3 mlrd. 780 mln. manat təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 15-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib: “Bu daxilolmalar yanvar-avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 mln. manat artaraq 2 mlrd. 948 mln. manat olub. DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 mln. manat artaraq 3 mlrd. 467 mln. manata çatıb”.

Mission News Theme by Compete Themes.