Press "Enter" to skip to content

“Azərbaycan kəlağayısı – min illərin yadigarı”

“Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli filmin çəkilişləri

Son yeniləmə: 15 Sentyabr 2022 19:18

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı – min illərin yadigarı” layihəsinə başlanıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı – min illərin yadigarı” adlı sənədli filmin çəkilişlərinə başlanılıb.

Məlumata görə, filmin çəkilişi ilə əlaqədar layihə komandası İsmayıllı rayonuna, qədim tarixi mədəniyyətə malik Basqal qəsəbəsinə yollanıb: “Basqal Azərbaycanın kəlağayı sənətinin vətəni, milli-mədəni irsimizin beşiyidir. Çəkiliş zamanı kəlağayının hazırlanma prosesi lentə alınıb. Sənədli filmin çəkilişləri davam edir. Rəhbəri Güllü Eldar Tomarlı və usta Qamət olan layihə çərçivəsində çəkilən sənədli film noyabrın 1-dək ictimaiyyətə təqdim olunacaq”.

Mission News Theme by Compete Themes.