Press "Enter" to skip to content

Eskişehirdəki universitetlərdən Azərbaycana xüsusi diqqət

Eskişehirin ümumi görünüşü

Son yeniləmə: 16 Sentyabr 2022 00:38

BAYRAQDAR MEDİA – Ermənistanın son təxribatı türk dünyasında da ciddi təəssüf və etirazla qarşılanıb. Eyni zamanda, bu təxribat nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı qardaş Türkiyədən başsağlığı və dəstək mesajları gəlməkdə davam edir.

Azərbaycana xüsusi diqqətlə yanaşanlar arasında Eskişehirdə fəaliyyət göstərən universitetlər də var.

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.

Onun sözlərinə görə Anadolu Universiteti və Eskişehir Osmangazi Universiteti Azərbaycana xüsusi diqqət ayırıblar. Hər iki universitetin internet saytında və sosial şəbəkə hesablarında Azərbaycan və Türkiyə bayraqlarının şəkilləri ilə yanaşı, başsağlığı və dəstək mesajı yayımlanıb.

C.Aydın deyib ki, ümumiyyətlə Eskişehirdə bütün qurumlar, o cümlədən sözügedən universitetlər hər zaman Azərbaycana dəstəklərini ifadə ediblər: “Biz bunu 2020-ci il 44 günlük Vətən müharibəsində də bir daha gördük. Onu da deyim ki, bu universitetlər bizim dərnəyin tədbirlərində də yaxından iştirak edirlər. Bu diqqətə görə bir daha həmin ali məktəblərin rəhbərliyinə, o cümlədən müəllim və tələbə heyətinə minnətdarlıq edirəm”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.