Press "Enter" to skip to content

Ermənistanın Londondakı səfirliyi qarşısında piket

Son yeniləmə: 17 Sentyabr 2022 11:46

BAYRAQDAR MEDİA – Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında icazəli piket keçiriblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, piket iştirakçıları Ermənistan silahlı qüvvələrinin ölkəmizlə dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılması, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, siyasi dairələrin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Məlumata əsasən, piketdə “Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!”, “Ermənistan sülhə yox deyib, müharibəni seçir!”, “Azərbaycan ədalət tələb edir!”, “Ermənistan, minalanmanı dayandır!”, “Minalar mülki insanları öldürür!”, “Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!” kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması, bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.

Mission News Theme by Compete Themes.