Press "Enter" to skip to content

GAMAC: Bu məkrli siyasətdə Ermənistana dəstək verən İranın xüsusi rolu var

BAYRAQDAR MEDİA – Güney Azərbaycan Milli Azadliq Cəbhəsi (GAMAC) sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatla bağlı bəyanat yayıb.

Gunaz.tv xəbər verir ki, Bəyanatda deyilir:“Sentyabrın 13-də 2022-ci il tarixdə faşist ideologiyası ilə bəslənən terrorcu Ermənistan ordusunun hərbi təxtibatı bir sıra dovlətlərin mərkli hədəfləri doğrultusunda Azərbaycanın dovlətciliyinə qarşı yonəldilmiş və Azərbaycan Milli Ordusunun qəhrəmanlığı nəticəsində məğlubiyyətə uğradılmış bir təxribat planı idi”.

GAMAC bəyan edib ki, bu plan Azərbaycanın regional sulh və əməkdaşlıq istiqamətində göstərdiyi səylərə və irəli sürdüyü sulh sazişinin imzalanması ucun diplomatik təşəbbuslərə, onun bölgədə sülhün təminatcısı kimi güclü bir dövlətə cevrilməsinə və qlobal münasibətlərdə geostrateji önəmə sahib olmasına mane olmaq məqsədi daşıyır.

Bəyanatda qeyd olunur ki, düşmənin təxribatı öz əleyhinə çevrilib, Azərbaycan ordusu xeyli əlverişli mövqelərə sahib olub.

“Müzəffər Azərbaycan Ordusunun həyata kecirdiyi uğurlu əks hərbi əməliyyatlar nəticəsində bu plan darmadağın edildi, 100 kvadrat kilometrlik ərazi və hakim yüksəkliklər ələ kecirildi. Düşmənin 400-dən cox canlı qüvvəsi, cox sayda hərbi infrastrukturu məhv edildi.

GAMAC hesab edir ki, Azərbaycana qarşı aparılan bu mərkli siyasətdə Fransa başda olmaqla, Ermənistana dəstək verən İran adlanan ölkənin də xüsusi rolu var.

“Azərbaycan dövlətinin güclənməsi ilə barışmayan İran, ermənipərəst mövqeyini hər zaman göstərib və indi də Azərbaycanda etnik, dini və siyasi zəmində radikal quvvələrin normalaşması istiqamətində davamlı iş aparır.

“İranın Azərbaycana qarşı düşmənciliyinin qarşısında duran əsas güc Güney Azərbaycanın strateji mövqeyi və onun getdikcə güclənən milli azadlıq hərəkatıdır. Bu güçün doğru dəyərləndirilməsi İranın bolgədə apardığı terror fəaliyyətinin kəskin şəkildə zəiflədilməsi, regionda Azərbaycanın apardığı sulh və əməkdaşlıq təşəbbüslərinin reallaşması və terrorcu Ermənistanın təxribat fəaliyyətlərinin durdurulması deməkdir.

“Biz, Guney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq, ermənilərin törətdikləri son hərbi təxribat nəticəsində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman hərbicilərimizi sayğı ilə anır, onlara Tanrıdan rəhmət və yaralılarımıza şəfa diləyir, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Milli Ordumuza, Vətənimiz Azərbaycan uğrunda şəhid olan qəhrəman hərbicilərimizin ailələrinə və millətimizə dərin hüznlə başsağlığı veririk.

“Guney Azərbaycan Milli Azadlıq Hərəkatı ozunun milli-siyasi tutumu ilə İranın Azərbaycana qarşı təxribatının qarşısında möhkəm duracaq və milli güc olaraq hər zaman Azərbaycanın dövlətciliyinin yanında olacaq”, – deyə bəyanatda daha sonra bildirilir.

Mission News Theme by Compete Themes.