Press "Enter" to skip to content

45 nəfər uğur qazanıb

BAYRAQDAR MEDİA – İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Sentyabrın 20-si saat 10:15-ə olan məlumata görə, 45 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə sentyabrın 29-da başa çatacaq.
Qeyd edək ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.

Mission News Theme by Compete Themes.