Press "Enter" to skip to content

Ermənistanın təxribatı haqqında həqiqətlər ABŞ mətbuatında

Son yeniləmə: 20 Sentyabr 2022 16:35

BAYRAQDAR MEDİA – ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Azərbaycan onun Qərbə neft tədarükünü sabotaj etmək məqsədi daşıyan Ermənistanı hərbi əməliyyatları bərpa etməkdə ittiham edir” sərlövhəli məqalə dərc olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə ötən həftə Ermənistan-Azərbaycan sərhədində baş vermiş qanlı toqquşmalardan sonra Ermənistana səfər etmiş ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin zorakılığın artmasında Azərbaycanı günahlandırmasına əsaslı etiraz bildirilib.

Məqalədə Dona Qrasiya Diplomatiya Mərkəzinin Məşvərət Şurasının üzvü, professor Yusuf Siriyet Atkana istinadən qeyd olunub ki, Pelosinin mövqeyi qərəzlidir və Ermənistan bu müharibəni Qərb ölkələrini Azərbaycandan uzaqlaşdırmaq üçün başlayıb: “Ermənistanın Ukrayna müharibəsindən sonra Azərbaycan enerjisinə Rusiya enerjisinin alternativi kimi baxan Avropa ilə Bakı arasında potensial enerji əməkdaşlığına mane olmaq üçün təxribatlar törətməsi ehtimalı istisna olunmur. Məqalə müəllifi bu xüsusda 2015-ci ilin sentyabrında Qarabağdakı oyuncaq rejimin “müdafiə naziri” Levon Mnatsakanyanın Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı sözlərinə istinad edib: “Bu, Azərbaycan üçün çox ciddi maliyyə resursudur və biz onu bu vəsaitlərdən məhrum etməliyik”. Eyni zamanda, məqalədə 2020-ci ildə Tovuz hadisələri zamanı təcavüzkar Ermənistanın məhz BTC-ni hədəfə aldığını bəyan etdiyi qeyd olunub”.

Mission News Theme by Compete Themes.