Press "Enter" to skip to content

TİKA dəstəyini davam etdirir

Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere və TİKA-nın Ukrayna üzrə koordinatoru Cüneyt Esmer

Son yeniləmə: 20 Sentyabr 2022 14:11

BAYRAQDAR MEDİA – Türkiyənin Kiyevdəki səfirliyi və TİKA Ukrayna Proqram Koordinatorluğu Ukrayna xalqına və Krım tatarlarına dəstəyini davam etdirir.

Bu barədə Kırım Haber Ajansı məlumat verib.

Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere və TİKA-nın Ukrayna üzrə koordinatoru Cüneyt Esmer bununla bağlı Agentliyə geniş müsahibə veriblər. Müsahibədə yardımlar çərçivəsində Ukraynada həyati təhlükəsi olan mülki vətəndaşların ehtiyaclarının qarşılanması istiqamətində görülən işlər haqqında danışan səfir və TİKA koordinatoru Krım Tatar Milli Məclisinə bir yardım maşını bağışlandığını da açıqlayıblar.

Səfir Y.A.Güldere “Türkiyə müharibədən zərər çəkmiş Ukrayna xalqının və Krım tatar qardaşlarımızın qayğısına qaldı. Köməyə ehtiyacı olan qardaşlarımızı Türkiyəyə çatdırdıq”, – deyib.

Yardımın TİKA ilə əməkdaşlıq çərçivəsində edildiyini bildirən səfir TİKA tərəfindən yardım qutuları ilə doldurulmuş avtomobilin Krım Tatar Milli Məclisinə (KTMM) hədiyyə edildiyini deyib.

Mission News Theme by Compete Themes.