Press "Enter" to skip to content

Türkiyə ilə Bosniya və Herseqovina arasında əməkdaşlıq güclənir

Son yeniləmə: 20 Sentyabr 2022 17:11

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovina təhlükəsizlik naziri Selmo Cikotic Türkiyənin bu ölkədəki səfiri Sadik Babur Girgin ilə görüşüb.

Balkan News xəbər verir ki, görüşdə Bosniya və Herseqovina ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın maksimum dərəcədə artırılması və təhlükəsizlik təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə edilib.

Xəbərdə o da qeyd edilir ki, “Anadolu” agentliyinin məlumatına görə, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Selmo Çikotik “Sarayevo Miqrasiya Dialoqu” Konfransı çərçivəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşdə bu məsələləri daha ətraflı müzakirə edəcək: “Bu görüşdə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına dair sazişin imzalanması planlaşdırılır”.

Mission News Theme by Compete Themes.