Press "Enter" to skip to content

Yaralı hərbçiləri ziyarət

Ziyarət zamanı

Son yeniləmə: 20 Sentyabr 2022 13:06

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 20-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, Ü.Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb: “Yaralalıların müraciətləri dinlənilib. Diqqətə çatdırılıb ki, “YAŞAT” Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək. Dövlət Agentliyinin kollektivi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, yaralılarımıza Allahdan şəfa diləyirik”.

Mission News Theme by Compete Themes.