Press "Enter" to skip to content

Nensi Pelosini Ermənistana gətirən səbəb

Güngör Yavuzaslan

Son yeniləmə: 22 Sentyabr 2022 14:04

Güngör Yavuzaslan: Bu səfər Ermənistan və sadə ermənilər üçün hansısa xoş nəticə vəd etmir

BAYRAQDAR MEDİA – “Rusiya Ermənistandan vaz keçməyəcək və ABŞ bunu yaxşı bilir. Rusiya Ermənistanla bütün səviyyələrdə əməkdaşlığa böyük resurs yatırıb və yatırır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin tanınmış köşə yazarı, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneğinin genel başqanı Güngör Yavuzaslan deyib.

Nensi Pelosinin Ermənistana səfərini dəyərləndirən müsahibimiz qeyd edib ki, bu səfər Ermənistan və sadə ermənilər üçün hansısa xoş nəticə vəd etmir: “N.Pelosi artıq səfərini başa vuraraq ABŞ-a qayıtdı və bir sonrakı seçki kampaniyasına qədər Ermənistanı unudacaq. Bununla belə, Rusiya hələ ətrafda olacaq. Moskvanın Ermənistan hakimiyyətindən Yerevanın son günlər hansı siyasi hərəkətə keçdiyini öyrənmək üçün çoxlu imkanları və vaxtı olacaq”.

Ermənilərin ümidi məyusluqla əvəz olundu

G.Yavuzaslan bildirib ki, N.Pelosidən əvvəl Ermənistanda böyük ümid var idi: “Lakin bu ümid böyük bir məyusluqla əvəz olundu. İrəvan sakinləri onu Amerika və Fransa bayraqları ilə qarşıladı, Rusiya ilə münasibətləri pozmaq və KTMT-dən çıxmaq üçün mitinqlər keçirdi, rus rəmzləri olan plakatları dağıdıb sökdülər. Sanki Ermənistan ABŞ-a xoş gəlmək üçün Rusiyaya qarşı qiyama əl atmışdı. Lakin bəlli oldu ki, N.Pelosi, necə deyərlər, Ermənistana əliboş gəlib”.

Demokratlar üçün yerli ermənilər deyil, erməni diasporu maraqlıdır

G.Yavuzaslanın sözlərinə görə, əslində, bu səfəri daha çox kommersiya məqsədli səfər kimi dəyərləndirmək olar: “Noyabrın 8-də ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək və Demokratlar Partiyası ciddi maliyyə problemləri ilə üzləşib. Bunu bir az da olsa aradan qaldırmaq üçün N.Pelosi və partiyası ən azı seçki üçün müəyyən maliyyə toplamağa çalışır. Bu məqsədlə də onlar üçün erməni diasporunun dəstəyini qazanmaq vacib idi. Demokratlar həm Amerika ermənilərinin səslərini, həm də digər seçicilərlə işləmək üçün erməni iş adamlarının resurslarını yüksək qiymətləndirirlər. Buna görə də İrəvanda amerikalı konqresmenlər yerli ermənilərin onlardan gözlədiyi sözləri deyil, amerikalı erməni seçiciləri qazanacaq sözləri dilə gətirdilər”.

Mission News Theme by Compete Themes.