Press "Enter" to skip to content

Xəsarət almış 50-dək hərbçinin səyyar əyani müayinəsi aparılıb

Xəsarət almış 50-dək hərbçinin səyyar əyani müayinəsi

Son yeniləmə: 22 Sentyabr 2022 18:04

Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb

BAYRAQDAR MEDİA – Sentyabrın 12-14-də  silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib: “Məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətlişəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır. Artıq xəsarət almış 50-dək hərbçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, yaralılara Allahdan şəfa diləyirik!”

Mission News Theme by Compete Themes.