Press "Enter" to skip to content

“ASAN xidmət indeksi” modelinə BMT tərəfindın yüksək diqqət

Son yeniləmə: 23 Sentyabr 2022 13:59

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti ilə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin nümayəndə heyəti arasında onlayn formada görüş olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 23-də Dövlət Agentliyindən məlumat verilib.

Məlumata əsasən görüşdə Dövlət Agentliyinin fəaliyyəti və həyata keçirilən ən son layihələr barədə ətraflı məlumat verilib: “Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub”.

“Görüş çərçivəsində “ASAN xidmət indeks”i barədə geniş təqdimat edilib və ötən illər ərzində bu istiqamətdə görülən işlər diqqətə çatdırılıb: “Layihə BMT tərəfinin xüsusi marağına səbəb olub və “ASAN xidmət indeksi” ilə əlaqədar geniş təqdimat BMT-nin dövlət idarəçiliyi saytında yerləşdirilib. Bu istiqamətdə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin ictimai institutlar və elektron hökumət bölməsinin rəhbəri Dövlət Agentliyinin əldə etdiyi nailiyyətlər haqqında müsbət təəssüratını bölüşüb və aidiyyəti sahələr üzrə birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb”.

Görüş çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıqla bağlı yol xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə olunub.

Mission News Theme by Compete Themes.