Press "Enter" to skip to content

Nazirliyin əməkdaşları şəhid ailəsini ziyarət edib

Ziyarət zamanı

Son yeniləmə: 23 Sentyabr 2022 12:32

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan gizir Azad Kərimovun Qazax rayonunda yaşayan ailəsini ziyarət ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 23-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində də qəhrəmanlıq göstərən Azad Kərimov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailənin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.

Qəhrəman hərbçilərin ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.

Mission News Theme by Compete Themes.