Press "Enter" to skip to content

Qurultay nümayəndələrinin adları açıqlanıb

Qurultay iştirakçılarının bir qrupu Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

BAYRAQDAR MEDİA – Sentyabrın 23-də Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin təşəbbüsü ilə qurultay iştirakçılarının bir qrupu Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər. Tanınmış oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Mətbuat Şurasından məlumat verilib.

VIII qurultayın iştirakçılarının bir qrupu Fəxri xiyabanda tanınmış oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edib
VIII qurultayın iştirakçılarının bir qrupu Fəxri xiyabanda tanınmış oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

Məlumata əsasən, Həsən bəy Zərdabinin məzarı önündəki çıxışlarda Azərbaycan jurnalistikanın dünəninə və bu gününə nəzər salınan fikirlər bildirilib: “Qeyd edilib ki, inkişaf dövrünü yaşayan mediamız tarixi ənənələrinə hər zaman sadiq qalaraq fəaliyyət göstərib. Azərbaycan jurnalistlərinin qurultayları da müstəqillik dövrünün media tarixinin ənənələrindəndir. Sabah – sentyabrın 24-də bütövlükdə ölkə ictimaiyyəti bu tarixi, cəmiyyət üçün böyük maraq kəsb edən hadisəyə şahidlik edəcək. Qurultayın layiqli şəkildə reallaşdırılması ölkə jurnalistlərinin üzərinə düşən müstəsna missiyadır”.

Qurultay nümayəndələri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib
Qurultay nümayəndələri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib

Məlumatda o da vurğulanıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasının ali məclisin iştirakçıları olan üzv təşkilatlarının siyahısını açıqlamaq barədə qərar qəbul edib: “Siyahı Şuranın presscouncil.az ünvanının “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölümündə yerləşdirilib. Təşkilat Komitəsi həmçinin Mətbuat Şurasının İdarə Heyətinə qurultay nümayəndəsi olmayan namizədlərin də ali məclisdə iştirakına şərait yaradılmasını qərara alıb”.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Muğam Mərkəzində keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.

Mission News Theme by Compete Themes.