Press "Enter" to skip to content

Güney Azərbaycanlı fəaldan mühüm çağırış

Savaş Mərəndli

Son yeniləmə: 26 Sentyabr 2022 12:56

Savaş Mərəndli: Şüarlarımızda Güney Azərbaycanın müstəqilliyindən başqa heç bir şey səslənməməlidir

BAYRAQDAR MEDİA – “Qadın hüquqlarının qorunması bizim hələ 1918-ci ildən başda gələn dəyərlərimizdən olub və bu günə kimi də belədir. Lakin bir vacib məqamı da vurğulamağı özümə borc bilirəm. Xarici siyasətçilər İranda baş verənləri, etirazları bütünlüklə kürdləri xilas etmək və onların adına yazmaq istəyirlər. Daha doğrusu, məqsəd kürdləri qəhrəman elan etməkdir”.

Bunu İrandakı son olaylarla bağlı BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Guney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli deyib.

Onun sözlərinə görə, son olaylarla bağlı bir qədər ehtiyatlı davranış nümayiş etdirilməlidir: “Bizim digər nümayişləri boykot etmək kimi niyyətimiz yoxdur. İranın parçalanması üçün hər köşə-bucaqda, bütün küçələrdə toplantı, aksiya və nümayişlər davam etdirilməlidir. Şüarlarımızda isə Güney Azərbaycanın müstəqilliyindən başqa heç bir fikir səslənməməlidir!”

“Bu gün İranda baş verənlərin fonunda atası və əmisi Komole Partiyasının (İran Kürdüstanın partiyası kimi tanınır) üzvü olan Mehsanı ağlayırlar, Urmuda, Sülduzumda vəhşicəsinə qətl edilmiş şəhidlərimizə ağlayan yoxdur? Oyanın! Bu inqilabın adını kürd inqilabı adlandıracaqlar sonunda. Beləliklə minlərlə qadınımız PKK terrorçularının və İran kürdlərinin əliylə qətlə yetiriləcək”, – deyə o, sonda əlavə edib.

Mission News Theme by Compete Themes.