Press "Enter" to skip to content

Ermənistan atəşkəsi pozdu, hərbçimiz yaralandı

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

“Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən uyğun cavab tədbirləri görülüb. Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.