Press "Enter" to skip to content

Təxribatın qarşısı alınıb

BAYRAQDAR MEDİA – Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir. Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-G tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-G və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.

Mission News Theme by Compete Themes.