Press "Enter" to skip to content

Dünya Turizm Günü ilə əlaqədar videoməlumat

Son yeniləmə: 29 Sentyabr 2022 15:34

BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının böyük metodisti Fəridə Cəfərova Dünya Turizm Günü ilə əlaqədar videoməlumat hazırlayıb.

Bu barədə Baş İdarədən bildirilib.

Qeyd edilib ki, videoməlumatda turizmin inkişafının Azərbaycanda iqtisadi tərəqqi, eləcə də yüksəlişin mühüm amili kimi nəzərdən keçirildiyi bildirilib:“Ümummilli lider Heydər Əliyev bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirib. Ulu Öndərin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaradıb. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapıb”.

Mission News Theme by Compete Themes.