Press "Enter" to skip to content

Fond Macarıstanla əməkdaşlığı gücləndirir

Görüş zamanı

Son yeniləmə: 29 Sentyabr 2022 16:38

BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Macarıstanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Tamaş Yojef Torman arasında görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 29-da Fonddan məlumat verilib.

Bildirilib ki, görüşdə G.Əfəndiyeva T.Yojef.Tormanı yeni səfir təyin olunması münasibətilə təbrik edib, bu təyinatın Fondun ilə təşkilatın müşahidəçi ölkəsi Macarıstan arasında olan tərəfdaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsində rol oynayacağına inandığını deyib: “G.Əfəndiyeva eyni zamanda təşkilatın fəaliyyətindən söz açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstanın əməkdaşlığı çərçivəsində türk dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib”.

Səfir öz növbəsində Fond tərəfindən türk dünyasının qədim və zəngin maddi-mədəni irsinin öyrənilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, gənc təşkilat olmasına baxmayaraq qısa zaman ərzində Fondun həyata keçirdiyi genişmiqyaslı layihələrə dəstək verəcəyini bildirib: “Səfir eyni tarixi köklərdən gələm Macar və Türk xalqlarının tarixinin, mədəniyyətinin təbliği yönündə əlaqələrin gücləndirilməsinin önəmindən danışıb”.

Görüş tərəflər arasında birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.