Press "Enter" to skip to content

Prezident Fransa nümayəndəsini qəbul edib

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümonu qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

“Görüşdə Fransa Prezidenti Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son dövrlərdə telefon danışıqları əsnasında aparılmış müzakirələr və konstruktiv dialoq qeyd olundu.

“Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

“Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 4 min nəfərə yaxın Azərbaycan vətəndaşınınn itkin düşmüş hesab edildiyini vurğuladı. Bu məsələlərin həllinin vacibliyi qeyd edildi.

“Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.